Kənd təsərrüfatı istehsalında artım qeydə alınıb

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8828,0 min başa çatıb. Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407,0 milyon ədəd olub.

İlin əvvəlindən 15,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz çox tərəvəz toplanıb.

2015-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...