2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 39,0 faizi sənayedə, 13,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 16,0 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB