Rusiya və Səudiyyə Ərabistanı arasında neft istehsalı səviyyəsinin sabit tutulması ilə əlaqədar razılıq əldə edilib. SİA xəbər verir ki, neft istehsal edən iki ölkənin istehsalı sabit saxlamaqla bağlı razılaşma imzaladığı iddia edilib.

Razılığa 17 apreldə Qətərin paytaxtı Dohada baş tutacaq neft sammitindən əvvəl gəlinməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, İranın gündəlik neft istehsalını 4 milyon barelə çatdırana qədər neft istehsalını dondurmayacağını bildirən Səudiyyə Ərəbistanının Rusiya rəsmiləri ilə bu gün baş tutan görüşdə təklifi qəbul etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə