2017-ci ildə neft 45 dollar səviyyəsində olacaq

2017-ci ildə neft 45 dollar səviyyəsində olacaq

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2016-cı il üçün yenidən baxılmış makroproqnozlarda bir barel neftin qiymətini 40 dollar, 2017-ci il üçün isə 45 dollar səviyyəsində göstərəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Nazirlik yenidən baxılmış proqnozu Rusiya hökumətinə aprel ayında təqdim edəcək.

Qeyd edək ki, 2015-ci ilin sonunda təsdiq edilmiş cari makroproqnozlarda 2016-cı il üçün neftin qiyməti 50 dollar, 2017-ci il üçün isə 52 dollar göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə