Milli Məclisdə Azərbaycanda yerli istehsalçılara dəstək məqsədi ilə Türkiyə təcrübəsindən istifadə olunması təklifi irəli sürülüb. SİA-nın xəbərinə görə, təklifi millət vəkili İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, yerli istehsalın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi Dövlət Gömrük Komitəsi ilə sıx işləməlidir: "Yerli istehsalçının mənafeyini güdmək lazımdır. Türkiyədə belə bir qayda var ki, şirkətlərin məhsulları satılıb qurtarmadıqda ölkəyə eyni məhsul daxil olmur. Bizdə isə vəziyyət fərqlidir. Hazırda şimal bölgəsindəki soyuducu anbarlarda 3 min tona yaxın alma ehtiyatı qalıb. Bu, ölkə üçün kifayət edər. Amma bu gün Polşadan "su qiyməti"nə gətirilən məhsul bazara dolursa, yerli istehsalçı məhsulunu necə satsın?. Bu baxımdan hesab edirəm ki, məsələ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tənzimlənməlidir. Məhsulun tədarükü və hansı müddətə kifayət edəcəyi ilə bağlı Dövlət Gömrük Komitəsinə məlumat verməlidir. Anbarlardakı məhsullar bitməyənə qədər digər məhsulun ölkəyə gətirilməsinə icazə verilməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB