107 çoxmərtəbəli binaya qaz verilib

107 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 107 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, həmin binalarda ümumilikdə 3 191 ailə yaşayır.

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə