BP Çinin milli neft şirkəti ilə razılaşma imzaladı

BP Çinin milli neft şirkəti ilə razılaşma imzaladı

BP Çinin milli neft şirkəti "CNPC" ilə bu ölkədə şist qazının kəşfiyyatı, işlənməsi və istehsalına dair ilk hasilatın pay bölgüsü müqaviləsi imzalayıb. SİA xəbər verir ki, müqavilə BP şirkətinin baş icraçı direktoru Robert Dadli və "CNPC"nin rəhbəri Vanq Yilin tərəfindən imzalanıb.

Razılaşma Çinin Sichuan hövzəsindəki Neijianq-Dazu bloku üzrə 1500 kilometr ərazini əhatə edir.

"CNPC" bu layihənin operatoru olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə