Sədr: “Hövsana qədər uzanan kanalizasiya kollektoru inşa edirik” MÜNASİBƏT
"Dərnəgül" yoluna yağan yağış nəticəsində əmələ gələn su toplantısı ilə bağlı onu deyə bilərəm ki, yağan yağışın həcmi həddindən artıq çox böyük idi. Bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, yağan yağış aylıq normanın 70 faizi həcmində olub. Təbii ki, bu da çox böyük bir su həcmi deməkdir". Bunu SİA-ya "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.
Onun sözlərinə görə, "Azərsu" ASC tərəfindən Abşeron yarımadasına bir gündə 1 milyon 300 min kub su verilirsə, həmin vaxt ora düşən yağışın həcmi isə bundan dəfələrlə çox idi: "Təbii ki, bu cür yağışlarda bu cür fəsadların olması mümkündür. Amma bu gün biz orada "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə bərabər qısamüddətli layihə icra etməyə çalışırıq. Çünki bizim orada uzunmüddətli böyük layihəmiz var. Beləki "Dərnəgül" yolu, Böyükşor ətrafı və Bülbülə gölünün sahili ilə Günəşli dağının altından keçməklə Hövsana qədər uzanan böyük bir tunel kanalizasiya kollektoru inşa edirik. Hazırda onun tikintisi davam edir. Bu tikinti başa çatdıqdan sonra isə "Dərnəgül" yolunda toplanan su toplantısı öz həllini tapacaq. İndi ilkin olaraq biz lokal layihələr icra etməyə çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB