Bank VTB-nin müştəriləri kartlarına vəsait əlavə edə bilər

Bank VTB-nin müştəriləri pul köçürmələri sistemi vasitəsi ilə kartlarına vəsait əlavə edə bilər
Bank VTB-nin müştəriləri kartlarına vəsait əlavə edə bilər

Bank VTB (Azərbaycan) müştərilərinə "Contact" pul köçürmələri sistemi vasitəsi ilə bank kartlarına vəsait artırmaq" xidmətini təklif edir.

İndi müştərilər "Contact" sistemi ilə Master Card, VISA, American Express və Diners Club International, eləcədə Elkart ödəniş sisteminin kartlarına vəsait əlavə etmək imkanı qazanır. Müştəri pul vəsaitini həm öz kartına, həm də üçüncü şəxsin kartına yatıra bilər, həmçinin kartla bağlı olan krediti ödəyə bilər.

Bu əməliyyatları həyata keçirmək üçün kartın nömrəsinigöstərmək kifayətdir, hesabın rekvizitləri, kart sahibinin ASA (adı, soyadı və atasının adı) vəhər hansı digər məlumat tələb olunmur. Karta vəsait dollar, avro və rublla yatırıla bilər. Xidmət üzrə komissiya artırılan məbləğin 1,5%+ 50 rubl (2 dollar və ya avro) təşkil edir. Bir köçürmənin maksimal məbləği

75 000 rubldur (və ya xarici valyuta ekvivalenti). Pulun köçürülmə müddəti kartın emitenti olan bankdan asılı olaraq 2 saniyədən 10 günədək vaxt apara bilər.

"Contact" pul köçürmələri sistemi vasitəsi ilə kartlarındakı vəsaiti artırmaq imkanı müştərilər üçün maksimal komfort yaradacaq. Bu xidmətdən istifadə etmək üçün yalnız kartın nömrəsi tələb olunur. Özü də üçüncü şəxsin kartına vəsait yatırılarkən, onu almaq üçün kart sahibi heç bir yerə müraciət etməli deyil. Qısa müddət ərzində pullar onun kartına yatırılacaq. Bu, həm rahat, həm sürətlidir" – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə