FED bu dəfə daha ehtiyatlı davranacaq

FED bu dəfə daha ehtiyatlı davranacaq

"Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini vadar edir ki, uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşın". SİA xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır: "Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur".

Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə