Ümumi daxili məhsul istehsalı azalıb

Ümumi daxili məhsul istehsalı azalıb

Cari ilin yanvar-fevral aylarında ölkədə 7888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz az ümumi daxili məhsul istehsal edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata (521,4 ABŞ dolları) bərabər olub. Bu dövrdə ümumi daxili məhsulun 38,1 faizi sənayedə, 13,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7 faizi tikintidə, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə sahələrində, 13,6 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,6 faizini təşkil edib. ÜDM istehsalının 66,8 faizi qeyri-neft sahələrinin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə