BTQ bu ilin sonu istifadəyə verilir

Yaxın vaxtlarda Azərbaycan müasir sürət qatarları alacaq. Həmin qatarlar Bakıya gətirildikdən sonra, istismar müddətini başa vurmuş köhnə qatarlar xətlərdən çıxarılacaq. Bu barədə ötən gün özəl müsahibə verən Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətin sədri Cavid Qurbanov deyib. Söhbət əsnasında sədr, ''Bakı-Tiblisi-Qars'' dəmir yolu xəttinin istifadəyə verilmə tarixini də açıqlayıb.

Yaxın 5 ildə dəmir yolu nəqliyyatında islahatlar davam edəcək. Yeni qatarlar alınacaq, stansiyalar tikiləcək. ''Xəzər Xəbər'' müsahibəsində Azərbaycan Dəmiryolları Qapalı Səhimdar Cəmiyyətin sədri Cavid Qurbanov belə deyib.

Təməli 2007-ci ildə Gürcüstanda qoyulmuş Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu ilin sonuna qədər hazır olacaq. Azərbaycandan, Gürcüstan, Rusiya və İran istiqamətində dəmir yolu xətlərində təmir işlərinə də start verilib. Daha doğrusu 2 min kilometr uzunluğunda olan xətlərin yenilənməsi prosesi artıq bir neçə ərazidə tamamlanıb.

Dəmir yolu İdarəsinin sədri Cavid Qurbanov ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlərdən də danışdı.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə