Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sisteminin (FES) dünyanın gözlədiyi uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. İki günlük iclasın yekununa dair qəbul edilən protokolda bildirilir ki, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib. FES uçot dərəcəsini 0,25 - 0,50 faiz diapazonunda saxlayıb.
Qərarın dəyişdirilməməsi qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edilir.
FES-in bu qərarından sonra dünya birjasında dollar sürətlə ucuzlaşmağa, neft isə bahalaşmağa başlayıb. FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
FES-in faiz dərəcəsinin dəyişməməsi ilə bağlı qərarından sonra dünya birjalarında neftin qiyməti də sürətlə yüksəlməyə başlayıb.
Bakı vaxtı ilə saat 22:24-də dünya birjalarında Brent markalı neftin may fyuçersinin 1 barreli 40,16 dollara satılıb. Bu, martın 16-da səhər qeydə alınmış qiymətdən 1,42 dollar, yaxud 3,6% çoxdur.
Dollar dünya birjalarında sonuncu dəfə ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq barədə qərar qəbul etməsindən sonra sürətlə bahalaşmağa başlayıb.
Ötən il dekabr ayının 16-da FES uçot dərəcəsini baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.
Federal Ehtiyatlar Sisteminin 2016-cı ildəki ilk iclası yanvarın 27-də keçirilib. Lakin bu dəfə FES Milli.Az APA-ya istinadən bildirir ki, FES uçot dərəcəsini dəyişməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB