FES uçot dərəcəsini sabit saxladı

FES uçot dərəcəsini sabit saxladı

ABŞ Federal Ehtiyat Sistemi (FES) ildə səkkiz dəfə mütəmadi olaraq keçirdiyi iclasını bu gün keçirib. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb. Həmçinin, 2016-cı il üçün bir dəfə faiz artımı nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl dekabr iclasında faizlərin uçot dərəcəsini 0.25 faiz artıran FES 2016-cı il üçün üç dəfə faiz artımı edəcəyini proqnozlaşdırmışdı.

Bu qərardan sonra dollar sürətlə dünyanın digər valyutalarına qarşı ucuzlaşmağa başlayıb və USD/Euro məzənnəsi 1.1070 səviyyəsindən 1.1170 səviyyəsində yüksəlib.

Bununla bərabər "Brent" markalı neft dolların ucuzlaşması fonunda yenidən 40 dollar həddini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə