"Brent" markalı neftin bir bareli son 2 həftənin ən ucuz qiymətinə yəni 38,60 dollaradək geriləyib. SİA-nın məlumatına görə, "Brent" neftinin bir barelinin qiyməti Londonun İCE birjasında 38,80 dollara, "Layt" nefti Nyu-Yorkun NYMEX birjasında 36,38 dollara alıcı axtarır. "Brent" sonuncu dəfə martın 4-də 38,54 dollaradək ucuzlaşmışdı.
"Brent"in qiymətinin aşağı düşməsinə səbəb kimi neft hasilatçısı ölkələrin istehsalı "dondurmaq"la bağlı keçirəcəkləri görüşün apreldə baş tutacağının açıqlanması və Yaponiya Mərkəzi Bankının qlobal iqtisadiyyata dair verdiyi pessimist proqnozları göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB