"Pensiya islahatı konsepsiyası"nın reallaşdırılması, yaxın və uzaq perspektivdə pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılması məqsədi ilə qanunverciliyə dəyişikliklər ediləcək. Bu sahədə Fond aidiyyatı qurumlarla birgə layihə hazırlayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Hazırda layihənin hökumətdə müzakirə olunduğunu deyən DSMF sədri söyləyib ki, qəbul ediləcək qərarlar sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına və bu əsasda vətəndaşların pensiya təminatının daha da gücləndirilməsinə öz töhfəsini verəcək: "İlk növbədə qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur. Yeni formulun tətbiqi ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin adekvatlılığının təmin olunmasına imkan yaradacaq. Bundan əlavə yeni formul dövlətin öhdəlikləri ilə, sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB