Bir qrup iqtisadçısı Prezidentə MÜRACİƏT EDİB

Bir qrup iqtisadçısı Prezidentə MÜRACİƏT EDİB

Azərbaycanın bir qrup iqtisadçısı Prezidentə müraciət edib. Bu barədə SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

Vüqar Bayramov bildirib ki, dollarla götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın ödənilməsi məsələsini dəfələrlə gündəmə gətirməklərinə baxmayaraq Mərkəz Bank tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb: "Son monitorinqlər göstərir ki, kreditlərin ödənilməsi ilə bağlı ciddi çətinliklər müşahidə edilir. Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə də neqativ təsir göstərir. Bütün bunları nəzərə alaraq, bir qrup iqtisadçı adından Azərbaycan Prezidentə müraciət etdik. Müraciətin hazırlanmasında yaxından iştirakına görə Fikrət Yusifov, Sabit Bağırov və digər həmkarlarımıza minnətdarlığımı bildirərək müariciəti mətnini Sizə təqdim edirəm".

Ölkə başçısına ünvanlanan müraciətə 11 iqtisadçı imza atıb.

1. Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru
2. Fikrət Yusifov, Ekonomiks İqtisadi Araşdırmalar
Mərkəzinin rəhbəri
3. Ruslan Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi
İctimai Birliyinin rəhbəri
4. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri
5. Eldar Qocayev, hüquqşünas, kommersiya hüququ
üzrə ekspert
6. Sirus Abasbəyli, Rabitə və İnformasiya Texnologiyaları
Mütəxəssisləri İctimai Birliyinin rəhbəri
7. İlkin Qarayev, Kiçik və Orta Müəssisələrin İnkişafına
Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri
8. Qalib Toğrul, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
9. Azər Mehdiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai
Birliyinin rəhbəri
10. Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri
11. Abil Bayramov, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin
rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə