İş adamları ilə işgüzar görüş keçirilib

İş adamları ilə işgüzar görüş keçirilib

Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən görüşlərdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə