Hansı layihələrə maliyyə ayrılacaq? Diqqət

Hansı layihələrə maliyyə ayrılacaq? Diqqət

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il martın 3-də Bərdə rayonunun Türkmən kəndində işgüzar forum keçirib. SİA xəbər verir ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir istixana kompleksinin yaradılması;
- intensiv bağçılıq təsərrüfatının yaradılması;
- meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- 3 ulduz otel, cins heyvandarlıq müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə