Fevralda "Azneft" İstehsalat Birliyi (İB) üzrə quyularda 1386 cari təmir və 87 əsaslı təmir işi görülüb. Əsaslı təmirdən 56 quyu istismara daxil olunub. Keçən ay istismara daxil edilən quyulardan 8 min 63 ton neft, o cümlədən fəaliyyətsiz fonddakı quyulardan 1960 ton neft hasil olunub. "Azneft" İB-dən SİA-ya verilən məlumata görə, ötən ay "28 May" neft və qazçıxarma idarəsi (NQÇİ) üzrə 5 quyu təmir edilib və onlardan 2-si istismara daxil olunub. Fevralda istismara daxil olunan quyulardan 4 min 272 ton neft hasil edilib.
"Neft Daşları" NQÇİ üzrə 17 quyu əsaslı, 48 quyu cari təmir olunub və bu quyulardan 9-u istismara daxil edilib. İstismara daxil edilən quyulardan 1692 ton neft hasil olunub.
N.Nərimanov adına NQÇİ-də bir quyu əsaslı təmir olunaraq istismara daxil edilib. İstismara daxil edilən quyudan 464 ton neft hasil olunub. Həmçinin H.Z.Tağıyev adına NQÇİ üzrə 14 quyu əsaslı təmir olunub və onlardan 11-i istismara daxil edilib. İstismara daxil edilən quyulardan 672 ton neft hasil olunub. Ə.C.Əmirov adına NQÇİ üzrə 13 quyu əsaslı təmir olunaraq istismara daxil edilib. İstismara daxil edilən quyulardan 238 ton neft hasil olunub. "Abşeronneft" NQÇİ üzrə 17 quyu əsaslı təmir edilib və onlardan 12-si istismara daxil olunub. İstismara daxil olunan quyulardan 536 ton neft hasil edilib.
Ötən ay "Bibiheybətneft" NQÇİ üzrə isə 8 quyu əsaslı təmir edilib və onlardan 6-sı istismara daxil olunub. İstismara daxil edilən quyulardan 187 ton neft hasil olunub.
Bundan başqa, "Qaz Anbarlarının İstismarı" idarəsi üzrə 4 quyu əsaslı təmir olunub və onlardan 2-si istismara daxil edilib. "Siyəzənneft" NQÇİ-də 6 quyu, "Muradxanlı" İNM üzrə 2 quyu əsaslı təmir edilib və onlardan bir quyu istismara daxil olunub. İstismara daxil edilən quyudan isə 2 ton neft hasil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB