Yana Krimpenin: ""ASAN xidmət" dünyada ən səmərəli strukturdur" Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri

Yana Krimpenin: ""ASAN xidmət" dünyada ən səmərəli strukturdur" Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri

"Bu gün əminliklə demək olar ki, "ASAN xidmət" vətəndaşlara dövlət tərəfindən xidmətin göstərilməsində şəffaflığın və operativliyin təmin olunması baxımından yalnız Azərbaycanda deyil, bütün dünyada ən səmərəli strukturdur. Statistikaya nəzər salsaq görərik ki, 3 il ərzində vətəndaşlar tərəfindən "ASAN xidmət" mərkəzlərinə 8 milyondan çox müraciət daxil olub. Bu mərkəzlərin fəaliyyətinin səmərəliliyi yalnız müraciətlərin sayına görə yox, xidmətlərin təqdim olunmasının daim nəzarətdə saxlanılması ilə də ölçülür". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri, "B.EST solutions" şirkətinin təsisçisi Yana Krimpenin deyib.

Yana Krimpenin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərinin yaradılmasında məqsəd əhalinin əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılmasıdır: "O cümlədən də dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın yüksəldilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

Əminəm ki, yaxın gələcəkdə vətəndaşların istifadəsinə daha çox innovativ xidmətlər təqdim olunacaq. Düşünürəm ki, vətəndaşlara xidmətin yeni formasının təşkili mərhələsinin vaxtı yetişib və bu baxımdan, "ASAN mərkəz"lərin böyük rolu var. İstərdim ki, bu mərkəzlərin köməyi ilə vətəndaşlarda özünəxidmət və dövlətlə birbaşa əlaqə xüsusiyyətləri formalaşsın. Bunun üçün "ASAN mərkəz"lərdə özünəxidmət guşəsi yaratmaq olar və məsləhətçinin köməyi ilə vətəndaş xidmətdən özü yaralana bilər. İnanıram ki, həmin şəxs növbəti dəfə Mərkəzə gəlmədən öz kompüteri və mobil telefonu ilə həmin xidmətdən istifadə edə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə