Putinin xüsusi nümayəndəsi: "Neftin qiyməti 60 dolları keçə bilər"

"Rusiya bütün addımlar atır ki, proses həm Azərbaycan, həm də Ermənistan üçün lazımi məcrada getsin”.
Putinin xüsusi nümayəndəsi: "Neftin qiyməti 60 dolları keçə bilər"

"Əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq". SİA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Qaz İxracatçısı olan Ölkələr Forumu ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

O bildirib ki, hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb: "Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".

ZubkovRusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Ermənistan prezidenti Serj Sarkisyanla planlaşdırılan görüşünü şərh edib. O bildirib ki, Rusiya həmişə Dağlıq Qarabağ kimi mürəkkəb məsələlərdə vasitəçi kimi çıxış edir: "Rusiya bütün addımlar atır ki, proses həm Azərbaycan, həm də Ermənistan üçün lazımi məcrada getsin".

Bütün xəbərlər Facebook səhifəmizdə