Bank VTB İdarə heyətinin sədrinə yeni müavini təyin edilib

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının qərarı ilə Okayev İqor Anatolyeviç idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinin bakalavriat və maqistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili I.Okayev Unibank-ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib, eləcə də kredit komitəsinin sədri və icra komitəsinin üzvü olub.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə