Beynəlxalq ekspertlər lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirirlər

Beynəlxalq ekspertlər lisenziyaların verilməsi prosesini yüksək qiymətləndirirlər

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə səfərdə olan ekspertləri 5 saylı Bakı "ASAN xidmət" mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların verilməsi və bu sahədə xidmətlərin göstərilməsi prosesini izləyiblər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, beynəlxalq ekspertlər sahibkarlara lisenziyaların qısa müddətdə, şəffaf şəkildə və müddətsiz verilməsini yüksək qiymətləndirərək göstərilən xidmətlərin səviyyəsindən razılıqlarını bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə indiyədək sahibkarlıq subyektlərinə 890-dan çox lisenziya verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə