Ramiz Həsənov: "Yersiz yoxlamalar həddindən artıq çox idi" AÇIQLAMA
"GMO məhsullarını aşkarlamaq üçün qanun var amma mexanizm yoxdur". Bu fikirləri jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Qurum rəsmisi bildirib ki, 4 ildir komitədə GMO məhsullarını yoxlamaq üçün laboratoriya fəaliyyət göstərir: "Eyni zamanda, Dövlət Gömrük Komitəsində də belə bir laboratoriya mövcuddur. Labaratoriyların hər biri müasir avadanlıqlarla təchiz edilib. Bu baxımdan hesab edirəm ki, artıq bu sahədə ixtisaslaşmışıq. Amma təəssüf ki, GMO məhsullarını aşkarlamaq üçün qanun var, mexanizm yoxdur. Hazırda biz başqa ölkələrin bu sahədə təcrübələrini öyrənirik".
Ramiz Həsənov sahibkarların fəaliyyəti ilə bağlı sahələrdə yoxlamaların ləğvi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bütün ölkələrdə istehsalata, bazara dövlət nəzarəti var: "Ancaq ölkəmizdə bu, başqa bir forma daşıyırdı. Yersiz yoxlamalar həddindən artıq çox idi. Prezident İlham Əliyev yoxlamalar sahəsində müvafiq dəyişikliklərin aparılması, xarici təcrübələrin öyrənilməsinə dair tapşırıqlar verib. Tək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi deyil, həmçinin yoxlayıcı orqanlar da bu məsələnin üstündə işləyirlər. İslahatlar olacaq, bununla bağlı təkliflər hazırlanıb. Təbii ki, yaxın zamanlarda yeni qaydalar qəbul ediləcək. Mən ümumiyyətlə planlı yoxlamaların əleyhinəyəm. Çünki məlum tarixdə hansısa şirkətdə yoxlamaya gedirsənsə, artıq həmin insanlar buna hazırlıqlı olurlar. Bu baxımdan da hesab edirəm ki, nəzarət sistemi bazar vasitəsilə təkmilləşməlidir. Yəni istehlak bazarında olan məhsulları alırıq, yoxlayırıq və nəticəyə əsaslanıb kiminsə qapısını döyə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB