ARDNF bu gün 100 milyon ABŞ dolları hərraca çıxarıb

ARDNF bu gün 100 milyon ABŞ dolları hərraca çıxarıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 23 banka satılıb. Bu barədə SİA-ya Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə