“Bank sektorunda islahatlarla bağlı təkliflər hazırlanıb”

“Bank sektorunda islahatlarla bağlı təkliflər hazırlanıb”

Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında deyib.

Sözügedən təkliflə bağlı Banklar Assosiasiyası ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə arasında görüş keçiriləcəyini deyən Z. Səmədzadə görüş zamanı bir sıra məsələlərin müzakirə ediləcəyini qeyd edib: "Bir çox məsələlərin həlli ilə əlaqədar yaxın zamanlarda Banklar Assosiasiyası ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə arasında görüş keçirilməsi nəzərdə tutulur. Görüş zamanı bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları və digər məsələlər müzakirə ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə