Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Qonağı səmimi salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.
Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb, həmçinin "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Avstriya Respublikasının Federal Kənd Təsərrüfatı, Meşə, Ətraf Mühit və Su Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun imzalanmasının sürətləndirilməsi, iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması imkanlarının araşdırılması, ailə fermer təsərrüfatlarında innovasiyaların tətbiqi sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, Avstriyanın iş adamları tərəfindən ət və ət məhsullarının emalı sahəsində mütərəqqi texnologiyaların ölkəmizdə nümunələrinin yaradılması üzrə müzakirələrin aparılması, damazlıq heyvanların alınması istiqamətində əməkdaşlığın davam etdirilməsi, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı, toxumçuluq sisteminin təşkili sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının Avstriyaya ixracı imkanlarının araşdırılması və s. məsələlərin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən səfir Aksel Vex iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB