Ekspert: "Büdcədə sosial lahiyələrin azaldılması nəzərdə tutulmur" AÇIQLAMA
"Dürüstləşdirilmiş dövlət büdcəsində neftin qiymətinin 25 dollardan götürülməsi sosial layihələrin həyata keçirilməsinə heç bir mənfi təsir etməyəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
O qeyd edib ki, büdcə xərclərində qənaət edilməsi nəzərdə tutulur ki, bu da daha çox infrastruktur, tikinti-quraşdırma lahiyələrinin azaldılması istiqamətindədir: "Sosial lahiyələrin azaldılması isə nəzərdə tutulmur. Təqaüdlər, ünvanli sosial yardımlar və s. bu kimi layihələrin azaldılması və hansısa bir şəkildə məhdudlaşdırılması mümkün deyil. Dövlət başçısı yanvar ayında keçirdiyi müşavirələrdə də vurğulayıb ki, sosial layihələr öz qüvvəsində qalacaq. Bu istiqamətdə cənab Prezident tərəfindən bir çox fərman və sərəncamlar da imzalanıb. Dövlətimiz bu sahənin inkişafı istiqamətdə ciddi addımlar atır. Bütün işlər nikbin fikirlər formalaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB