Vahid Əhmədov: "Suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır"

Vahid Əhmədov: "Suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır"

"Kənd təsərrüfatının inkişafı üçün suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır. Yoxsa kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik". SİA-nın məlumatına görə, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı üçün problemlər aradan qaldırılmalıdır: "Düzdür, bununla bağlı işlər görülür. Lakin bu işləri daha da yaxşılaşdırmaq olar".

Deputat ipoteka kreditlərinə diqqət çəkib: "İpoteka kreditləri üçün 2016- ci ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab Prezident isə ipotekanın məbləğinin daha 200 milyon manat artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə