Yanvarda Azərbaycanda 3,5 mln. ton neft hasil olunub

Yanvarda Azərbaycanda 3,5 mln. ton neft hasil olunub

Yanvar ayı ərzində mədənçıxarma sənayesində istehsalın həcmi 1,3 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar ayına nisbətən 3,5% azalıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ay sahənin əsas məhsulundan biri olan xam neftin hasilatı 3,5 mln. ton təşkil edib. Xam neft hasilatı ötən ilin yanvar ayından 3,9% az olub.

Yanvar ayında 2,5 mlrd. kubmetr həcmində qaz hasil edilib ki, bu da ötən ilin analoji ayından 2,2% çoxdur.

Ötən ay hasil edilən qazın 1,6 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qaz hasilatı ötən ilin yanvar ayına nisbətən 10,5% azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə