"Dövlət əmlakının idarəedilməsinin yeni modellərinin üfüqləri" Ekspert

"Dövlət əmlakının idarəedilməsinin yeni modellərinin üfüqləri" Ekspert

"Sözsüz ki, Azərbaycan Respublikasının bazar iqtisadiyyatı prinsiplərinə uyğun keçidinin ayrılmaz atributlarından biri də dövlətin daşınmaz əmlakının və obyektlərinin idarəedilməsidir. Ölkəmiz dövlətin əmlak inhisarı modeli ilə vidalaşmış və dövlət əmlakının idarəedilməsinin yeni modellərini formalaşdırmaqdadır". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında ötən gün imzaladığı Fərmanına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, iqtisadiyyatın rəqabətli mexanizminin və adekvat qaydalarını təmin edən qanunvericilik də yuxarıdakı prinsiplərə uyğun formalaşır: "Bu baxımdan dövlət əmlakının idarəedilməsində inkişaf vektorunun seçimi və günün reallıqlarına uyğun korrektə edilməsi də dünən imzalanmış "daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi" haqqında fərmandır. Ondan irəli gələn yeni idarəçilik modelləri aşağıdakı prinsipləri şərtləndirir:

1. Dövlət əmlakının tərkibi dövlətin funksiyasının uyğunluğu prinsipini sistemləşdirir və növbəti addım olaraq, əmlakın özəlləşdirilməsi, təkrarən təşkil edilməsi və ballast əmlakın ləğv olunması məsələlərini gündəmə gətirir.

2. Əmlakın istifadəsi zamanı ona sistemli nəzarətin, cari və perspektiv planlaşdırılma prinsipi tətbiq edilir.

3. Dövlət əmlakının inventarizasiyası və onun vəziyyətinin monitorinqi təmin edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə