"Rusiya ilə Səudiyyə Ərəbistanının görüşü neft bazarını məyus etdi" Ekspert rəyi
Dünyanın iki ən iri neft istehsalçısı – Rusiya ilə Səudiyyə Ərəbistanı, Qatardakı görüşlərinin nəticəsi əsasında neft hasilatının həcmlərini yanvar ayının həcmlərinin səviyyəsində saxlamaları haqqında razılığa gəldilər. Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Qatar və Venesuela da bu yanvar həcmlərinə riayət edəcəkləri haqqında razılıq verdilər: "Bazarın ilk reaksiyası neft kotirovkalarının düşməsi ilə müşayiət olundu və bir daha birjaların "söz-söhbət əsasında - al, fakt əsasında – sat" prinsipini önə çəkdi. Analitiklərin fikrincə qiymətlərin dondurulması kotirovkaların buğa trendinə dönməsi üçün əsas yaratmayacaq, lakin ilin ikinci yarısında qiymətlərin artması üçün zəmin ola bilər. Bəziləri isə düşünür ki, hasilat həcmlərini 5% azaltmaq ehtimalı aradan qaldırılandan sonra, həcmlərin azalması şansı aşağı olsa da, var idi. Lakin indiki durumda, yanvar səviyyəsi prinsipi tətbiq edildikdə hər istehsalçı istədiyi qədər neft hasilat edəcək. Səbəb isə odur ki, məhz bu ayda Səudiyyə Ərəbistanı da, Rusiya da maksimum istehsalat həcmlərini reallaşdırırdılar. Beynəlxalq Energetika Bürosunun məlumatlarına görə, 2016-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanı gündə 10.2, Rusiya isə 10.9 milyon barel neft hasil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB