Hərrac baş tutmadı

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA-nın xəbərinə görə, BFB-dən bildiriblər ki, hərrac zamanı sifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon ABŞ dollarıdır. Sifarişlər 98.6890 faiz qiymətlə təqdim edilib. Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə