Nazirdən OPEK və qeyri-OPEK ölkələrinə məsləhət

"Neft hasilatını sabit saxlayın"
Nazirdən OPEK və qeyri-OPEK ölkələrinə məsləhət

Venesuela OPEC və qeyri-OPEC ölkələrinə xam neft hasilatının səviyyəsini sabit saxlamağı təklif edib. SİA-nın "Röyters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Venesuelanın neft naziri Euloqio Del Pino hasilatı hazırkı səviyyədə saxlamaqla bağlı təklifini Rusiya, İran, Qətər və Səudiyyə Ərəbistanı kimi istehsalçı ölkələrə səfəri zamanı səsləndirib.

Rusiya ilə Qətər danışıqların digər ölkələrlə birgə razılıq əldə olunacağı təqdirdə, bu ideyaya dəstək verəcəklərini bildiriblər. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının da bu ideyanı dəstəkləyəcəyi istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə