Nazir müavini qazaxıstanlı həmkarı ilə görüşüb

Nazir müavini qazaxıstanlı həmkarı ilə görüşüb

Bu gün kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Qazaxıstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Yermek Kuşer- bayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə görüşün əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ərzaq Təhlükəsizliyi Təşkilatının yaradılması ilə bağlı Qazaxıstanın irəli sürdüyü təşəbbüs ətrafında müzakirələrin aparılması olub.

Qonaqları səmimi salamlayan nazir müavini Seyfəddin Talıbov iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.

Nazir müavini Seyfəddin Talıbov Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə təkliflərini irəli sürdü və müzakirələrin işçi qrupları səviyyəsində davam etdiriləcıyini bildirib.

Cənab Yermek Kuşerbayev səmimi qəbula görə təşəkkürünü bildirib və Qazaxıstanın kənd təsərrüfatı sahəsi barədə ətraflı məlumat verərək Azərbaycanla ikitərəfli əməkdaşlığa önəm verdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə