Ziyad Səmədzadə: "Kredit faizlərinin azaldılması gözlənilir" AÇIQLAMA

Ziyad Səmədzadə: "Kredit faizlərinin azaldılması gözlənilir" AÇIQLAMA

"Kommersiya bankları kreditləşmədə real sektora üstünlük verməlidirlər. İpoteka kreditlərinin böyük hissəsi regionlara yönəldilməlidir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, hazırda real bank sektorunda kredit faizlərinin azaldılması gündəmdə olan məsələdir.

Komitə sədri deyib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklrlə bağlı layihənin tezliklə parlamentə təqdim edilməsi gözlənilir: "Rəqabət Məcəlləsinin layihəsi bir neçə il öncə gündəmə gəlib və bununla bağlı işlər gedir. Bəzi mübahisəli məslələr var və onlar həll ediləndən sonra Məcəllə qəbul ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə