Lənkəranda 8 min ton sitrus məhsulu yığılıb

Lənkəranda 8 min ton sitrus məhsulu yığılıb

Ötən il Lənkəran rayonunda bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. Rayon Statistika İdarəsində bildiriblər ki, 2015-ci ildə dənli və dənli-paxlalı bitki əkinləri 1480 hektar, taxıl və çəltik əkinləri 757 hektar təşkil edib. Həmçinin 576 sahədə kartof, 5138 hektarda tərəvəz, 285 hektarda bostan bitkiləri yetişdirilib, meyvə bağları 1524 hektara çatdırılıb.

Rayonda 5115 ton kartof, 2548 ton bostan məhsulları, 17 min tondan çox meyvə, 100,7 ton yaşıl çay istehsal olunub. Subtropik meyvələr istehsalında da artım müşahidə edilib. Ötən il 8 min tona yaxın sitrus meyvəsi yığılıb ki, bu da əvvəlki ilə nisbətən 1,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə