Barak Obama neftdən vergi tutmağı təklif edir 1 BARREL- 10$!

Barak Obama neftdən vergi tutmağı təklif edir 1 BARREL- 10$!

ABŞ prezidenti Barak Obama təklif edir ki, hər barrel neftə görə 10 dollar vergi tutulsun. SİA-nın məlumatına görə, bu barədə BBC News yayımladığı informasiya bülletenində qeyd edir. Belə ki, yığılacaq vergi pulları daha sonradan hökumətin ekoloji, eləcə də infrastruktur layihələrinə xərclənəcək.

Obama həmin təklifini reallaşdırmaqdan ötrü gələn həftənin ilk günlərində Ağ Evin administrasiyasında baş tutacaq 2017-ci il üçün büdcə layihələrinin müzakirəsi zamanı rəsmi şəkildə bəyanat verməyə hazırlaşır.

Bildirilir ki, əgər vergi tədbiq olunarsa, hər il büdcəyə əlavə olaraq, onlarla milyard dollar yatırmaq olar ki, onlardan 20 milyard dollarını infrastruktur layihələrinə, 2 milyardını isə ekologiya sahəsi üzrə layihələrə, məsələn, ekoloji nəqliyyatın hazırlanmasına yönəltmək olar.

Lakin Konqresdə çoxluq təşkil edən Respublikaçılar partiyasının üzvləri Obamanın təklifini dəstəkləmirlər. Bu baxımdan, ehtimal olunur ki, prezidentin həmin təklifi Konqresdən keçməyəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə