Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həlli yolları müzakirə olunub
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, "Cənub qaz dəhlizi"nin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həlli yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB