Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il ərzində 8 159,7 min ton neft hasil edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən il neft hasilatı 2014-cü ilə nisbətən 1,9% azalıb.
Hesabat dövründə hasil olunan neftin 577,6 min tonu dekabr ayının payına düşüb. Ötən ilin dekabr ayında hasil olunan neft 2014-cü ilin dekabr ayından 7,4% az olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB