"Aİ və Azərbaycan saziş üzərində işləməyə davam edir"

"Aİ və Azərbaycan saziş üzərində işləməyə davam edir"

"Avropa İttifaqı və Azərbaycan strateji tərəfdaşlıq barədə saziş üzərində işləməyə davam edir". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

O, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib. "Bu məsələ ətrafında məsləhətləşmələr aparılır" - deyə, Aİ-nin səfiri bildirib.

M.Mard əlavə edib ki, bu gün Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "Biz bir çox sahələrdə əlaqələri inkişaf etdirmək imkanımız var".

Səfir, həmçinin Aİ ilə Azərbaycan arasında əsası 1996-cı ildə qoyulmuş hüquqi baza olduğunu da qeyd edib.

Tərəflər arasında 2014-cü ildə imzalanmış readmissiya haqqında saziş barədə danlışan M.Mard bildirib ki, Azərbaycan bu mövzuda böyük narahatlıq doğuran ölkə deyil: "Bu saziş çərçivəsində neçə Azərbaycan vətəndaşının vətəninə geri qaytarılması barədə dəqiq məlumatım yoxdur, amma daha çox Azərbaycan vətəndaşının Avropaya səfər etməsini və bunun əksinin də sayının çoxalmasını istərdik. Əslində, turistlərin sayında artım müşahidə edirik. Hesab edirik ki, bunun üçün yaxşı imkanlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə