Eldar Quliyev: "Pambığın satış qiymətinə yenidən baxmaq lazımdır"
"Bir neçə gün bundan öncə cənab Prezident keçirdiyi müşavirədə bütün sahələrə toxundu. Dövlət başçısı kənd təsərrüfatı sahəsindən də danışdı. Cənab Prezidentin qeyd etdiyi kimi, pambıqçılığın inkişaf etdirilməsi vacib amillərdəndir". Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitənin sədr müavini Eldar Quliyev deyib.
O qeyd edib ki, 2010-cu ildə "Pambıqçılıq haqqında" qanun qəbul olunsa da, bu günə qədər effekti olmayıb: "Bunun əsas səbəblərindən biri odur ki, pambıq yığılandan sonra çox ucuz qiymətə satılır. 42 qəpiyə hansı kəndçi məhsul yığıb, onu satar? Pambığın satış qiymətinə yenidən baxmaq və dövlət tərəfindən nəzarət etmək lazımdır. Pambıqçılığın inkişafı üçün əlavə torpaq sahələri də ayrılmalıdır".
Millət vəkili bildirib ki, ənənəvi kənd təsərrüfatı sahələrində biri də tütünçülükdür: "Bu sahə də son illərdə tənəzzülə uğrayıb. Tütünçülüyün inkişafı önəmlidir. Baramaçılıq sahəsini də yaddan çıxarmışıq. Bu sahədə xammal yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB