Dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar yaxud 7,18% bahalaşaraq 34,62 dollar/barel təşkil edib. "Brent" markalı neft isə 2,59 dollar və ya 7,82% bahalaşaraq 35,69 dollar/barelə bərabər olub.
Proqnozlara görə, dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha 30 dollar/bareldən aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB