Quyu istismara verildi

Hasilatın artırılması məqsədi ilə yeni quyular qazılmaqla yanaşı, işlənmədə olan yataqlardakı fəaliyyətsiz fondda olan quyular da texniki-geoloji tədbirlər aparıldıqdan sonra istismara qaytarılır. "Azneft" İstehsalat Birliyi bu istiqamətdə tədbirlərini davam etdirir. Qurumdan SİA-ya verilən xəbərə görə, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası" yatağındakı qəzalı vəziyyətdə olan 282 nömrəli estakadayanı meydançada təmir-bərpa işləri başa çatdırılıb, meydançadakı fəaliyyətsiz fondda olan 202 nömrəli quyu aparılmış əsaslı təmir işlərindən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 2772-2622 metr intervaldan gündəlik 26 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə