“Prezidentin nitqi 2016-cı ilin ciddi islahat ili olmasını özündə ehtiva etdi” İqtisadçı

“Prezidentin nitqi 2016-cı ilin ciddi islahat ili olmasını özündə ehtiva etdi” İqtisadçı

"Azərbaycan dövləti 2016-cı il üçün yeni islahatlara başlandığı tam rahat şəkildə demək olar. Bəli, Azərbaycan iqtisaddiyatının 80% özəl sektorun payına düşür. Bütün bunlar ölkənin bazar iqtisadiyyatı şəraitində inkişafda olmasını göstərən indikatorlardır". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransla bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olub: "Əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub, onun ÜDM-də xüsusi çəkisi 69,3 faizədək yüksəlib".

N.Hacızadə bildirib ki, bu dövrdə ümumi daxili məhsulun 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10,00 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,40 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilib: "Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29 faizini təşkil edib. Bütün bunlar göstərir ki, özəl sektorun, xüsusilə qeyri neft sektoru daha da inkişaf etdirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqi bir daha 2016-cı ilin ciddi islahat ili olmasını özündə ehtiva etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə