Vüqar Zifəroğlu: "Davos Forumu Azərbaycan üçün çox önəmlidir" AÇIQLAMA

Vüqar Zifəroğlu: "Davos Forumu Azərbaycan üçün çox önəmlidir" AÇIQLAMA

"Dünyada baş verən ciddi maliyyə böhranı fonunda, prezidentlərin, hökumət nümayəndələrinin, bankların və transmilli şirkət rəhbərlərinin iştirakı ilə keçirilən Davos Forumu son dərəcə önəmlidir. Forum həm də müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib tribuna rolunu oynayır". Bu fikirləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, bu səbəbdən ölkələr həmin tribunadan istifadə etməyə çalışırlar: "Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlıdır və forum bizim üçün olduqca önəmlidir. Bu il Davos Formunda əsas müzakirə mövzusu məhz yaxın zamanlarda dünya iqtisadiyyatının hansı istiqamətlərdə inkişaf edəcəyidir. Builki forum xarici investorların ölkəyə cəlb edilməsi baxımından Azərbaycan üçün çox vacibdir. Cənab Prezidentin Davos Forumu çərçivəsində "The New Energy Equation" adlı panel müzakirəsində etdiyi çıxış olduqca əhəmiyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə