Tamerlan Vahabov: “Azərbaycan neftsiz iqtisadi inkişaf planına inanır” AÇIQLAMA
"Cənab Prezident Davosda iqtisadi cəhətdən neft erasının bitdiyini bildirdi". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bir sıra mühüm məsələlərə toxundu: "Buraya manatın məzənnəsinin saxlanılmasına dair atılan addımlar, ölkədə makro-iqtisadi vəziyyətin stabil saxlanılması səyləri və iqtisadiyyatın şaxələnməsi sahəsində görülən işlər daxil idi. Vacib məsələlərdən biri də o oldu ki, İlham Əliyev iqtisadi cəhətdən neft erasının bitdiyini bildirdi. Yüksək səviyyəli belə bəyənatın verilməsi ölkə rəhbərliyinin neft faktorsuz öz iqtisadi inkişaf planına inamının göstəricisidir. Bu inam xarici sərnayəçilər üçün də mühüm stabillik siqnalı ola bilər.
Davosda Azərbaycanın yeni inşa edilmiş, İpək yolu iqtisadi kəmərində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məlumat verilib. Liman yeni rəhbərliyi ilə bir sıra strateji islahatlara başlayıb və dünən Qazaxıstana ünvanlanmış Ukraynadan Gürcüstan vasitəsilə ilk sınaq qatarını da qəbul edib. Bu layihə ölkəmizin nəqliyyat sahəsində gördüyü konkret və praktiki işlərə dəlalət edir. Bu məsələnin Davosda səsləndirilməsi nəqliyyat sahəsinin inkişafı üçün əlverişli platforma ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB