Azərbaycana ötən il ərzində 979 milyon 509 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. SIA-nın Dövlət Gömrük Komitısinin hesabatına istinadən verdiyi xəbərə görə, bu isə 2014-cü illə müqayisədə 7,82% azalma deməkdir.
Komitəsinin hesabata görə, ət idxalı 2,04% artaraq 19,9 milyon dollar, meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 milyon dollara, buğda 0,98% artaraq 296,8 milyon dollara çatıb. Şəkər idxalı illik 39,35% azalaraq 124,5 milyon dollar, kərə yağı 10,85% azalaraq 22,4 milyon dollar, süd idxalı 23,44% azalaraq 5,8 milyon dollar təşkil edib. Tütün idxalı 2014-cü ilə nisbətən 101 milyon 786,03 min dollar və ya 25,49% azalıb. Spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxalı son bir ildə 7 milyon 679,51 min dollar və ya 10,82% azalma baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB