Məişət tullantılarından 182 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib
"2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 506 min ton tullantının zərərsizləşdiriliməsi nəticəsində təqribən 182 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib". Bu barədə SİA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, istehsal olunmuş enerjinin 28,5 milyon kilovat-saatı zavodun ehtiyaclarının ödənilməsinə yönəldilib, 153,5 milyon kilovat-saat enerji isə elekrik şəbəkəsinə ötürülüb" Bu, Bakının Xətai rayonunun elektrik enerjisinə olan tələbatının tam həcmdə ödənilməsi deməkdir. Ötən il isə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənmiş tullantıların 6 min tonu xammal kimi təkrar emala yönəldilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB